Fəzail İbrahimlinin Masallıda seçicilərlə görüşü davam edir
73 saylı Masallı-Cəlilabad seçki dairəsindən Vətəndaş Həmrəyliyi Partiyasının deputatlığa namizədi, VHP sədrinin birinci müavini, Fəzail İbrahimli Masallı rayonunun Təklə ərazisində seçicilərlə görüş keçirib.
Azinfo.az xəbər verir ki, Masallı RİHB Təklə İƏD üzrə nümayəndəliyinə daxil olan kəndlərin seçiciləri deputatlığa namizəd Fəzail İbrahimlini böyük hörmət və ehtiramla qarşılayıblar. Seçicilər qarşısında çıxış edən Fəzail İbrahimli ötən parlament seçkilərindən sonra ölkədə baş verən mühüm hadisələrə toxunmuş, ərazi bütövlüyünü təmin edən Azərbaycanın beynəlxalq arenada güclənən mövqeyindən danışıb. Bütöv Azərbaycan ərazisində ilk dəfə keçirilən bu seçkidə etimad qazanacaq hər kəsin tarixi məsuliyyət daşıdığını bildirən Fəzail İbrahimli son dövrdə parlamentdəki fəaliyyətindən danışıb, bu vaxta qədər gördüyü işlər haqqında məlumat verərək bundan sonra da mövcud problemlərin tezliklə aradan qaldırılacağını vurğulayıb. Görüşdə çıxış edən seçicilər seçkidə ən layiqli namizəd olaraq Fəzail İbrahimlini gördüklərini ifadə edərək sentyabrın 1-də məhz ona səs verəcəklərini bildiriblər. Çıxış edən seçicilərin hər biri ötən dövr ərzində onların qaldırdığı məsələlərə və üzləşdiyi problemlərə Fəzail İbrahimlinin həssaslıqla yanaşdığını, həlli istiqamətində mühüm addımlar atdığını vurğulayıblar. Çıxışlar zamanı xüsusi vurğulanan məqamlardan ən önəmlisi seçicilər Fəzail İbrahimlinin Azərbaycanımızı dünyanın ən ali tribunalında, Beynəlxalq Təşkilatlarda və Beynəlxalq tədbirlərdə layiqincə təmsil etməsini qeyd ediblər.
Məhz bu səbəbdən seçicilərin hər biri Fəzail İbrahimlini 73 saylı Masallı-Cəlilabad seçki dairəsindən deputat görmək arzusunda olduğunu bildiriblər.
Fəzail İbrahimli ötən dövr ərzində seçicilərə göstərdiyi diqqət və qayğı ilə vətəndaş məmnunluğunu təmin etməsinə nail ola bilmişdir.
Qeyd edək ki, Fəzail İbrahimli deputatlıq fəaliyyəti dövründə hər zaman cəsarətli çıxışları ilə yadda qalıb. Fəzail İbrahimli Milli Məclisin tribunasından Fransa dövlətinin ikili siyasətini nümayiş etdirən qətnaməni sərt tənqid edən Azərbaycan ziyalısı və cəsarətli deputat kimi insanların hörmət və məhəbbətini qazanaraq yaddaşlara həkk olub.
Azinfo.az saytı olaraq, seçicilər arasında keçirdiyimiz sorğular zamanı 73 saylı Masallı-Cəlilabad seçki dairəsindən olan seçicilərin böyük əksəriyyətinin məhz Fəzail İbrahimliyə səs verəcəklərini bildirdilər. Əksər seçicilər Fəzail İbrahimlini cənub bölgəsinin böyük ziyalısı və ağsaqqalı kimi xarakterizə etdilər.
Masallı və masallılılar yaxşını və yaxşıları dəyərləndirməyi bacarır. Azinfo.az saytı olaraq, biz də seçicilərin dediklərini və şahidi olduqlarımızı əsas götürərək, Fəzail İbrahimlini həm böyük ziyalı kimi, həm də layiqli namizəd kimi görürük.
Ramiq Mürsəl
Azinfo.az saytının redaktoru

Şərhlər: 0
Şərh yaz