Fəzail İbrahimlinin seçicilərlə görüşü davam edir

73 saylı Masallı-Cəlilabad seçki dairəsindən Vətəndaş Həmrəyliyi Partiyasının deputatlığa namizədi, VHP sədrinin birinci müavini, Fəzail İbrahimlinin bu dəfəki görüşü Masallı rayonunun Təzə Alvadı kəndində baş tutub.
Azinfo.az. xəbər verir ki, görüşdə çıxış edən deputatlığa namizəd Fəzail İbrahimli Azərbaycan Dövlətinin və xalqının 44 günlük Vətən müharibəsi savaşında qazandığı uğurlardan və ərazi bütövlüyünün təmin olunmasından söz açıb. Daha sonra Fəzail İbrahimli parlamentin ötən dörd il ərzində fəaliyyətindən də geniş məlumat verib. Seçicilərin hər biri Fəzail İbrahimlinin platforması ilə yaxından tanış olublar.
Seçicilər çıxışı zamanı sentyabrın 1- i məhz layiqli namizəd Fəzail İbrahimliyə səs verəcəklərini bildirdilər. Onlar yekdil qərarını belə izah etmişlər ki, Fəzail İbrahimlinin ötən dövr ərzində həm bir deputat kimi, həm də Milli Məclisin sədr müavini kimi fəaliyyətini yüksək qiymətləndirirlər. Fəzail İbrahimli onların hər birinin yaddaşında Azərbaycan ziyalısı və cəsarətli deputat kimi qalmışdır. Görüşdə seçicilər onları narahat edən bir neçə problemlərdən də söz açmışlar. Fəzail İbrahimli, ona etimad göstəriləcəyi təqdirdə onları narahat edən problemləri aidiyyəti təşkilatların qarşısında qaldıracağını və həllinə nail olacağını bildirib.
Təzə Alvadı kəndində baş tutan görüşdə deputatlığa namizəd Fəzail İbrahimli ilə görüşə gələn seçicilərin sayının çox olması onun ötən dövr ərzində deputatlıq fəaliyyətinin yüksək səviyyədə olmasını bir daha sübutudur.
Ramiq Mürsəl
Azinfo.az saytının redaktoru







Şərhlər: 0
Şərh yaz
