Azinfo » Xəbər » Sosial xəbərlər » Mart ayı üzrə dissertasiya müdafiə edənlərin sayı açıqlanıb

Mart ayı üzrə dissertasiya müdafiə edənlərin sayı açıqlanıb

Tarix : 05-04-2022   /   Xəbər / Sosial xəbərlər  

Bu ilin mart ayı üzrə 82 nəfər dissertasiya müdafiə edib.

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasına verdiyi xəbərinə görə, dissertasiya işlərindən 35-i elmi müəssisələrdə, 47-si ali təhsil müəssisələrində müdafiə olunub.

73 nəfər fəlsəfə doktoru, 9 nəfər isə elmlər doktoru dərəcəsi alıb.

Ən çox dissertasiya müdafiəsi filologiya elmləri üzrə (16), ən az isə hər birində 1 olmaqla aqrar, yer elmləri və psixologiya üzrə olub.

Şərhlər: 0

Şərh yaz