Azinfo » Xəbər » Sosial xəbərlər » Azərbaycan Moldovadakı ukraynalı qaçqınlara tibbi ləvazimat və dərman göndərir

Azərbaycan Moldovadakı ukraynalı qaçqınlara tibbi ləvazimat və dərman göndərir

Tarix : 15-04-2022   /   Xəbər / Sosial xəbərlər  

“Artıq üçüncü dəfədir ki, Azərbaycan Ukraynaya humanitar yardım göndərir. Növbəti yardım ləvazimatlar və dərman vasitələrindən ibarətdir.

Bunu TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov deyib.

O qeyd edib ki, bu, müharibənin fəsadlarından əziyyət çəkən və Moldovada müvəqqəti məskunlaşan Ukrayna vətəndaşlarına göndərilir: “Bilirsiniz ki, Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür və ona sədrlik edir. Azərbaycan müharibənin fəsadlarını çox uzun müddət yaşayın. Ona görə də hansı ölkə olmağından asılı olmayaraq, müharibədən əziyyət çəkənlərə Azərbaycan dəstək göstərir. Yardımlar ehtiyac olacağı təqdirdə davamlı şəkildə göndəriləcək”.

Şərhlər: 0

Şərh yaz