Müəllimlərin yerdəyişməsi üçün vakansiya seçimi başa çatıb
Dövlət ümumi təhsil müəssisələrində işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsi başa çatıb.Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən verilən xəbərə görə, 18-23 may tarixlərində keçirilən müsabiqənin vakansiya seçimi mərhələsində 2090 nəfər namizəd vakant yer seçərək elektron ərizəsini təsdiqləyib.
Növbəti mərhələdə elektron yerləşdirmənin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndəriləcək.
Şərhlər: 0
Şərh yaz
