Azinfo » Xəbər » Sosial xəbərlər » Təhsil Nazirliyi: Şabranda körpələr evi-uşaq bağçası ilə bağlı yayılan məlumatlar araşdırılır

Təhsil Nazirliyi: Şabranda körpələr evi-uşaq bağçası ilə bağlı yayılan məlumatlar araşdırılır

Tarix : 26-05-2022   /   Xəbər / Sosial xəbərlər  
Şabran şəhər 1 saylı körpələr evi-uşaq bağçası ilə bağlı sosial mediada yayılan məlumatlar araşdırılır.

Bu barədə Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov məlumat yayıb.

O bildirib ki, hazırda məsələ araşdırılır:
“Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.
Qeyd edək ki, sosial şəbəkələrdə 1 saylı körpələr evində uşaqlara verilən qidanın fotosu yayılıb. Fotoda yeməklərin keyfiyyətsizliyi və az olması görünür.

Şərhlər: 0

Şərh yaz