Azərbaycanda şam ağaclarının qurumasının səbəbi açıqlanıb

Meşələrin İnkişafı Xidmətinin Meşəbərpa şöbəsinin müdiri Vahid Fərzəliyev şam ağaclarının qurumasının səbəbini açıqlayıb.
V. Fərzəliyev deyib ki, iynəyarpaqlı ağacların quruması təkcə Azərbaycabda deyil, bir sıra ölkələrdə müşahidə olunur:
“Ölkəmizdə, xüsusən Abşeron yarımadasında şam ağaclarının quruması müşahidə edilir. Bu, bitkilərin quraqlıq stressi keçirməsi ilə bağlıdır. Quraqlıq stressindən sonra ağacların həyat qabiliyyəti aşağı düşür. Bakıda keçən əsrin 1960-70-ci illərində kütləvi əkinlər həyata keçirilib. Bu ağaclara daha çox zərər verən qabıqyeyən böcəklər və şam yastıcasıdır”.
Şöbə müdiri deyib ki, ağac fizioloji sağlamdırsa, böcəklərdən qorunmaq üçün qətran ifraz edir:
“Zəifləmiş ağaclar isə bu qətranı ifraz edə bilmir. Nəticədə ağacda maddələr mübadiləsi pozulur və quruma halları baş verir” – o deyib.
Şərhlər: 0
Şərh yaz
