Nazir: "Könüllülük gələcək karyera üçün təməldir"
"Könüllülük hərəkatı dövlətin əsas siyasi xətlərindən birinə çevrilib".Bunu təhsil naziri Emil Əmrullayev "Könüllü DOST" proqramının 3 illiyinə həsr olunmuş "Sosial sahədə könüllülük" forumunda çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, Azərbaycanda könüllülük yaşı, hələ ki, aşağıdır:
"Düşünürəm ki, bu yaş getdikcə artacaq və insanlar öz bacarıqlarını sosial şəkildə paylaşmağı vərdişə çevirəcəklər. Çünki könüllülük həm də gələcək karyera üçün təməldir, təcrübədir".
Şərhlər: 0
Şərh yaz
