Ötən ay dissertasiya müdafiə edənlərin sayı açıqlanıb
Bu ilin may ayı üzrə 73 nəfər dissertasiya müdafiə edib.Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının verdiyi xəbərə görə, dissertasiya işlərindən 38-i elmi müəssisələrdə, 35-i ali təhsil müəssisələrində müdafiə olunub.
63 nəfər fəlsəfə doktoru, 9 nəfər isə elmlər doktoru dərəcəsi almaq üçün dissertasiya müdafiə edib.
Ən çox dissertasiya müdafiəsi filologiya elmləri üzrə (16), ən az isə hər birində 1 olmaqla memarlıq, kimya, aqrar elmlər və coğrafiya üzrə olub.
Şərhlər: 0
Şərh yaz
