Azinfo » Xəbər » Sosial xəbərlər » TƏBİB: Xırdalandakı partlayışda xəsarət alanlardan daha 1 nəfər evə buraxılıb

TƏBİB: Xırdalandakı partlayışda xəsarət alanlardan daha 1 nəfər evə buraxılıb

Tarix : 04-08-2022   /   Xəbər / Sosial xəbərlər  
Abşeron rayonu, Xırdalan şəhərində yerləşən binada partlayış baş verməsi səbəbilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə yerləşdirilən daha 1 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Qurumdan  sorğusuna cavab olaraq bildirilib ki, iki nəfərin baş, boyun, hər iki yuxarı və aşağı ətrafların ikinci və üçüncü dərəcəli termiki yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzində müalicəsi davam etdirilir. Hazırda vəziyyətləri stabil olaraq qiymətləndirilir.

Şərhlər: 0

Şərh yaz