Azinfo » Xəbər » Sosial xəbərlər » Tədris digər dillərdə aparılan məktəbəhazırlıq qrupları üçün məktəb seçimi başlayır

Tədris digər dillərdə aparılan məktəbəhazırlıq qrupları üçün məktəb seçimi başlayır

Tarix : 11-08-2022   /   Xəbər / Sosial xəbərlər  
Bu gündən tədris digər dillərdə aparılan bölmələr üzrə məktəbəhazırlıq qrupları üçün məktəb seçimi prosesinə start verilir.

Bu barədə  Təhsil Nazirliyindən xəbər verilib.

Qeyd edək ki, 2022-2023-cü tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrində təşkil edilmiş məktəbəhazırlıq qruplarına onlayn qeydiyyat prosesi www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə aparılır.

Qeydiyyat prosesi 14 sentyabr 2022-ci il tarixində yekunlaşacaq.

Şərhlər: 0

Şərh yaz