Azinfo » Xəbər » Sosial xəbərlər » COVID-19-la mübarizə aparan həkimlərin maaşlarına əlavənin müddəti uzadılıb

COVID-19-la mübarizə aparan həkimlərin maaşlarına əlavənin müddəti uzadılıb

Tarix : 11-10-2022   /   Xəbər / Sosial xəbərlər  
Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin verilməsi müddəti uzadılıb.

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavə 2022-ci il noyabrın 1-dək veriləcək.

Əvvəl bu müddət 2022-ci il sentyabrın 1-dək müəyyən edilmişdi.

Şərhlər: 0

Şərh yaz