Azinfo » Xəbər » Sosial xəbərlər » Laçın-Xankəndi yolundan sülhməramlıların yeddi maşını maneəsiz keçib

Laçın-Xankəndi yolundan sülhməramlıların yeddi maşını maneəsiz keçib

Tarix : 06-01-2023   /   Xəbər / Sosial xəbərlər  
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Xankəndi-Laçın yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus mülki avtomobillərin sərbəst keçidi davam edir.

Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Rusiya sülhməramlı kontingentinə məxsus yeddi avtomobili Laçından Xankəndi istiqamətinə keçib.

Avtomobillərin aksiya keçirilən yerdən maneəsiz, sərbəst hərəkətinə şərait yaradılıb.
Aksiya iştirakçıları yoldan çəkilərək Rusiya sülhməramlıları kontingentinə məxsus avtomobillərin keçidi üçün dəhliz açıb.

Şərhlər: 0

Şərh yaz