AMEA-da Qərbi Azərbaycanla bağlı tədqiqatlar üzrə Əlaqələndirmə şurası yaradılıb
AMEA-da və ölkənin digər elmi qurumlarında Qərbi Azərbaycanla bağlı aparılan elmi tədqiqatların daha sistemli və inteqrativ şəkildə təşkili məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasında Qərbi Azərbaycanla bağlı tədqiqatlar üzrə Əlaqələndirmə şurası yaradılıb.AMEA-dan verilən xəbərə görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası zamanı bildirilib. Eyni zamanda 2023-cü il üzrə AMEA-da aparılacaq elmi tədqiqat işlərinin əhatəli planı, eləcə də 2023-cü ildə AMEA-da keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi konfransların planı təsdiqlənib.
Şərhlər: 0
Şərh yaz
