Azinfo » Xəbər » Sosial xəbərlər » FHN-in Türkiyəyə yola düşəcək çevik qüvvələri hazır vəziyyətə gətirilib

FHN-in Türkiyəyə yola düşəcək çevik qüvvələri hazır vəziyyətə gətirilib

Tarix : 06-02-2023   /   Xəbər / Sosial xəbərlər  
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə qardaş ölkəyə yola düşəcək Fövqəladə Hallar Nazirliyinin 370 nəfərdən ibarət çevik xilasetmə qüvvələri hazır vəziyyətə gətirilib.

Nazirliyin təyyarəsi yaxın saatlarda Heydər Əliyev Beynəlxalq Hava Limanından Türkiyəyə yola düşəcək.

Şərhlər: 0

Şərh yaz