Azinfo » Xəbər » Sosial xəbərlər » Pentaqon dronun silah daşıyıb-daşımadığını dəqiqləşdirməyib

Pentaqon dronun silah daşıyıb-daşımadığını dəqiqləşdirməyib

Tarix : 15-03-2023   /   Xəbər / Sosial xəbərlər  
Qara dəniz üzərində Rusiya qırıcısı ilə toqquşan Amerikanın “MQ-9 Reaper”pilotsuz uçuş aparatı kəşfiyyat missiyasını yerinə yetirirdi.

Bu barədə jurnalistlər üçün keçirdiyi brifinqdə Pentaqonun sözçüsü Patrik Rayder bildirib.

"Müdafiə Departamentinin nümayəndələri insidentlə bağlı Rusiya hakimiyyəti ilə birbaşa əlaqə saxlamayıblar. Mən bilirəm ki, Dövlət Departamenti bu insidentlə bağlı narahatlığımızı birbaşa Rusiya hökumətinə bildirib. “MQ-9 Reaperə gəlincə o, kəşfiyyatla məşğul olub”, - deyə sözçü bildirib.
Patrik Rayder dronun silah daşıyıb-daşımadığı barədə dəqiqləşdirmə aparılmadığını deyib.

Şərhlər: 0

Şərh yaz