Azinfo » Bloq » Köşə yazıları » 12-Noyabr-Azərbaycan Respublikasının Konstitusiya Günü

12-Noyabr-Azərbaycan Respublikasının Konstitusiya Günü

Tarix : 11-11-2022   /   Bloq / Köşə yazıları  

               

 

          12 Noyabr Azərbaycan Respublikasının Konstitusiya Günüdür. Artıq Konstitusiyanın qəbul olunmasından 27 il ötür.

           Müstəqil dövlətimizin ilk Konstitusiyası Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmışdır.Bu Konstitusiya 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi yolu ilə qəbul edilib,noyabrın 27-də qüvvəyə minib.

           

 Bu Konstitusiya müstəqil dövlətimizin ilk,ölkəmizin tarixində isə dördüncü konstitusiyasıdır.

           

Dövlət müstəqillinin bərpa olunduğu ilk illərdə Ulu Öndər Heydər Əliyevin böyük uzaqgörənliklə həyata keçirdiyi islahatlar respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı,qanunların aliliyini təmin edən hüquqi,dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına qəbuluna şərait yaratdı.

           

1995-ci ilin mayında Ulu Ondərin sədrliyi ilə Konstitusiya Kommisiyası yaradıldı,oktyabrda hazırlanan layihə ümumxalq müzakirəsinə verildi,noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı və 91,1faizlə Konstitusiya qəbul edildi.

            

Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biridir.Keçmiş sovet konstitusiyasından fərqli olaraq,müstıqil Azərbaycan Konstitusiyası insan  və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi bəyan etdi.Hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi.

             

Konstitusiya 5 bölmə,12 fəsil,158 maddədən ibarətdir.

              

Müstəqil dövlətimizin Konstitusiyası ölkəmizdə demokratik ,hüquqi,dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi.

              

İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən  hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd olunur.

             

Qürurverici haldır ki,xalqımız əsas Qanunun qəbulunun 27-ci ildönümünü qalib xalq kimi ikiqat sevinc hissi ilə qeyd edir.Bu qələbə sayəsində 30 ilə yaxın müddətdən sonra beynəlxalq hüququn prinsip və tələbləri yerinə yetirilib və işğaldan azad edilmiş ərazilərdə Konstitusiyanın hüquqi qüvvəsi təmin olunub.

 

   Ş.Xəlilova

   S.Xəlilov adına Qızılağac kənd 1 saylı tam orta məktəbin müəllimi.

Şərhlər: 0

Şərh yaz