Azinfo » Dünya Xəbərləri » Avropa xəbərləri » Daha 2 gəminin Ukraynadan çıxışına icazə verilib

Daha 2 gəminin Ukraynadan çıxışına icazə verilib

Tarix : 22-08-2022   /   Dünya Xəbərləri / Avropa xəbərləri  


İstanbuldakı Birgə Koordinasiya Mərkəzi Ukrayna limanlarından daha 2 gəminin çıxışına icazə verib.

Bu barədə Birgə Koordinasiya Mərkəzi məlumat yayıb.

Gəmilərin ümumi yükü 31 min tona yaxındır. Onlardan biri Misirə taxıl, digəri isə Yunanıstana qarğıdalı aparacaq.

Şərhlər: 0

Şərh yaz