Azinfo » Dünya Xəbərləri » MDB xəbərləri » Peskov: Anatoli Çubays vəzifəsindən azad edilib

Peskov: Anatoli Çubays vəzifəsindən azad edilib

Tarix : 25-03-2022   /   Dünya Xəbərləri / MDB xəbərləri  

Rusiya prezidentinin dayanıqlı inkişaf üzrə xüsusi nümayəndəsi Anatoli Çubays vəzifəsindən azad edilib.

Azinfo.az TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.

O, Rusiya Prezidenti Vladimir Putinin bu barədə fərman imzaladığını vurğulayıb.

Qeyd edək ki, daha əvvəl A.Çubaysın Ukraynadakı hərbi əməliyyatlara etiraz olaraq vəzifəsindən istefa verməsi barədə xəbər yayılmış, onun ölkəni tərk etdiyi bildirilmişdi.

Şərhlər: 0

Şərh yaz