Azinfo » Dünya Xəbərləri » MDB xəbərləri » Peskov Aİ-nin qazın pulunu rublla ödəməkdən imtinasına münasibət bidlirib

Peskov Aİ-nin qazın pulunu rublla ödəməkdən imtinasına münasibət bidlirib

Tarix : 29-03-2022   /   Dünya Xəbərləri / MDB xəbərləri  

“Avropa İttifaqı(Aİ) mavi yanacağın qiymətini rublla ödəməkdən imtina edərsə, Rusiya qazı verməyəcək”.

Azinfo.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Biz xeyriyyəçiliklə məşğul deyilik. Qazı Avropaya pulsuz vermək niyyətimiz yoxdur”, - deyə Peskov PBS telekanalına müsahibəsində deyib.
Aparıcının qazın pulunu ödəməyənlər üçün yanacağın kəsilib-kəsilməyəcəyi ilə bağlı sualına isə Peskov “ödəniş yoxdursa qaz da yoxdur” cavabını verib.

Eyni zamanda o, qazın pulunu rublla ödəməkdən imtinaya necə reaksiya veriləcəyi ilə bağlı yekun qərarın hələ verilmədiyini bildirib.

Şərhlər: 0

Şərh yaz