Azinfo » İqtisadiyyat » Birja xəbərləri » Avropada qaz 7% bahalaşıb

Avropada qaz 7% bahalaşıb

Tarix : 18-01-2023   /   İqtisadiyyat / Birja xəbərləri  
Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 660 ABŞ dollarını ötüb.

17 yanvar tarixində fevral fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 661,3 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (619,3 dollar) ilə müqayisədə 6,8% çoxdur.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Şərhlər: 0

Şərh yaz