Azinfo » İqtisadiyyat » Maliyyə xəbərləri » Naxçıvanda mobil rabitə xidmətlərinin dəyəri 1,6% artıb

Naxçıvanda mobil rabitə xidmətlərinin dəyəri 1,6% artıb

Tarix : 23-05-2022   /   İqtisadiyyat / Maliyyə xəbərləri  
Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında informasiya və rabitə xidmətlərinin dəyəri 2021-ci ilin eyni dövrünə nisbətən 2,8% artaraq, 19 942,9 min. manat olub.

Naxçıvan Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövründə ümumi xidmətlərin 72,8%-i mobil rabitənin payına düşüb. Cari ilin ilk dörd ayında Muxtar Respublikada mobil rabitə xidmətlərinin dəyəri bir il öncəki göstəricini 1,6% üstələyərək 14 552,5 min. manat təşkil edib.

Şərhlər: 0

Şərh yaz