Azinfo » İqtisadiyyat » Sənaye və energetika » Rəşad Nəbiyevin Gürcüstana rəsmi səfəri başlayıb

Rəşad Nəbiyevin Gürcüstana rəsmi səfəri başlayıb

Tarix : 04-04-2022   /   İqtisadiyyat / Sənaye və energetika  

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin Gürcüstana rəsmi səfəri başlayıb.

Nazir əvvəlcə paytaxt Tbilisidə Heydər ƏIiyev adına parkda Ümummilli liderin abidəsini ziyarət edib, önünə təzə gül dəstələri düzüb.

Rəşad Nəbiyevin iki günlük səfər çərçivəsində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşlər keçirəcəyi bildirilib.Tərəflər aidiyəti sahələr üzrə iki ölkə arasında əlaqələrin inkişafı perspektivlərini müzakirə edəcək. Səfər sabah başa çatacaq.

Şərhlər: 0

Şərh yaz