Azinfo » İqtisadiyyat » Sənaye və energetika » Azərbaycanda neft emalı azalıb

Azərbaycanda neft emalı azalıb

Tarix : 10-06-2022   /   İqtisadiyyat / Sənaye və energetika  
Azərbaycanda neftin emalı 2022-ci ilin yanvar-may aylarında 2,3 mln. ton təşkil edib.

Bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, neftin emalı ötən ilin müvafiq dövrünə nisbətən 400 min ton az olub.

Xatırladaq ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.

Qeyd edək ki, bu ilin aprel-may aylarında NEZ-in profilaktik işlərinin aparılması üçün müvəqqəti olaraq dayandırılmışdı. Lazım olan işlərin həyata keçirilməsindən sonra zavodda modernləşdirilmə layihəsi çərçivəsində “Avro-5” standartı üzrə dizel istehsalına başlamaq üçün zəruri olan yeni əsas texnoloji qurğuların mərhələli şəkildə işə salınmasına başlanılıb.

Şərhlər: 0

Şərh yaz