Azinfo » İqtisadiyyat » Sənaye və energetika » Azərbaycanda qızıl istehsalı 23% azalıb

Azərbaycanda qızıl istehsalı 23% azalıb

Tarix : 18-06-2022   /   İqtisadiyyat / Sənaye və energetika  
2022-ci ilin yanvar-may aylarında Azərbaycanda 1116,7 kiloqram qızıl istehsal edilib.

Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 22,7% azdır.

Bu dövrdə gümüş istehsalı 21% artaraq 2494,9 kiloqrama bərabər olub. Ümumilikdə qiymətli metal filizləri və konsentratlarının istehsalı 3% artaraq 3611,6 kiloqram təşkil edib.

Şərhlər: 0

Şərh yaz