Azinfo » İqtisadiyyat » Sənaye və energetika » Avropada qazın qiyməti 650 dolları ötüb

Avropada qazın qiyməti 650 dolları ötüb

Tarix : 02-02-2023   /   İqtisadiyyat / Sənaye və energetika  
Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 650 ABŞ dollarında yuxarı səviyyəsində qərarlaşıb.

1 fevral tarixində mart fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 656,9 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (646,4 dollar) ilə müqayisədə 1,6% çoxdur.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Şərhlər: 0

Şərh yaz