Azinfo » İqtisadiyyat » Sənaye və energetika » Avropada təbii qazın qiyməti 480 dolları ötüb

Avropada təbii qazın qiyməti 480 dolları ötüb

Tarix : 29-03-2023   /   İqtisadiyyat / Sənaye və energetika  
Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 480 ABŞ dollarından yuxarı səviyyədə qərarlaşıb.

28 mart tarixində aprel fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 483,2 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (473,6 dollar) ilə müqayisədə 2% çoxdur.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Şərhlər: 0

Şərh yaz