Bu ilin 7 ayında 27 minə yaxın nikah, 12 mindən çox boşanma qeydə alınıb

2024-cü ilin yanvar-iyul ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ümumilikdə 26,837 nikah və 12,370 boşanma qeydə alınıb.
Dövlət Statistika Komitəsinin Azinfo.az-a verdiyi məlumata əsasən, bu göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə dəyişikliklərə məruz qalıb. Belə ki, hər 1000 nəfərə düşən nikahların sayı 4,9-dan 4,5-ə enib, boşanmaların göstəricisi isə dəyişməyərək 2,1 səviyyəsində qalıb.
Şərhlər: 0
Şərh yaz
