Fəzail İbrahimli Masallı Mədəniyyət evində seçicilər tərəfindən böyük çoşqu ilə qarşılanıb
73 saylı Masallı-Cəlilabad seçki dairəsindən Vətəndaş Həmrəyliyi Partiyasının deputatlığa namizədi, partiyanın sədr müavini və tanınmış ziyalı Fəzail İbrahimli, Masallı rayonunun Mədəniyyət evində seçicilərlə növbəti görüşünü keçirib. Görüşdə , seçicilərin geniş iştirakı ilə keçən bu tədbirdə Fəzail İbrahimli son dörd ildə ölkəmizdə baş verən hadisələrə və Zəfər savaşı ilə başlayan nailiyyətlər dövrünə dərindən nəzər salıb. Azərbaycanın son illərdə beynəlxalq aləmdə artan nüfuzu, qonşu dövlətlərlə əlaqələrin inkişafı və müasir siyasi-iqtisadi proseslərin dövlətimizin gələcəyinə təsiri barədə geniş analizlər aparıb.
O, Milli Məclisə qarşıdan gələn seçkilərin əhəmiyyətini vurğulayaraq, ölkəmizin xarici siyasət sahəsində əldə etdiyi uğurlar və bu çərçivədə yürüdülən siyasətin perspektivlərini seçicilərə çatdırıb. Fəzail İbrahimli Masallı rayonunun inkişafı üçün son illərdə həyata keçirilmiş genişmiqyaslı layihələrdən danışıb, eyni zamanda həllini gözləyən məsələlərə dair düşüncələrini bölüşüb. Deputatlığa namizəd olaraq, seçicilərin səsinin Milli Məclisdə lazımi şəkildə təmsil olunması və onların problemlərinin həlli üçün göstərdiyi səylərdən bəhs edib.
Görüş zamanı çıxış edən seçicilər, İldırım Allahyarov, Cavid Əsədov, Ədalət Həşimov, Əziz Hüseynov, Əlixan Feyzullayev, Səid Vəliyev və Hümay Kərimova, 1 sentyabr seçkilərində Fəzail İbrahimliyə səs verəcəklərini bəyan ediblər. Görüşün sonunda isə Fəzail İbrahimli seçicilərin çoxsaylı suallarını cavablandırıb. Görüş bitdikdən sonra da bir sıra şəhər sakinləri öz xahiş və istəklərini Fəzail İbrahimliyə çatdıraraq onunla müzakirələr aparıblar.
Ramiq Mürsəl
Azinfo.az saytının redaktoru
Şərhlər: 0
Şərh yaz