Azərbaycan həqiqətlərini dünya ictimayyətinə uğurla çatdıran Prezident İlham Əliyev əsl liderdir.

2023-cü ilin ilk və mühüm hadisələrindən biri də Prezident İlham Əliyevin Davos Dünya İqtisadi Forumunda iştirakı oldu. Ölkə başçısı bu iclasda geniş nitq söyləyərək bir cox məsələlərə aydınlıq gətirdi.
Prezident ilk növbədə Orta Dəhlizin layihəsində iştirak edən ölkələrin bir-biri ilə yaxşı münasibətdə olduğunu,çoxmillətli təşəbbüsün uğurlu olacağını vurğuladı. Azərbaycan özünün Qərbində olan qonşuları, Gürcüstan və Türkiyə,Şərqində isə Mərkəzi Asiya ilə gözəl münasibətlərə malikdir. Azərbaycanın Qərblə Şərq arasındakı coğrafi mövqeyi bizə bir çox layihələrin həyata keçirilməsində çox kömək edir. Odur ki, Azərbaycan Qərblə Şərq arasında nəqliyyat infrastrukturuna xeyli sərmayə sərf edir.Hazırda Azərbaycanda bütün zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır. Yükdaşıma qabiliyyətinin 15 milyon tondan 25 milyona çatdırılması üçün xeyli vəsait ayrılmışdır.
Çıxışda Prezident qeyd etmişdir ki, biz neftin tranzitini təkcə Türkmənistandan deyil,Qazağıstandan da etməyə başlamışıq və bu dəhlizdən ,həmçinin karbohidrogenlər üçün də istifadə etmək potensialı mövcuddur.
Ermənistan bizim çox sadə və beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanacaq sülh sazişi imzalamaqla bağlı təklifimizə cavab verməyib. Komissar Han Ermənistanın burada iştirak etməməsinə eyham vurdu, dedi ki, burada iki Cənubi Qafqaz ölkəsi var, lakin onların sayı 3-dür. Mən onun kimi nəzərdə tutduğunu bilirəm. Ermənistanın burada olmamasının səbəbi odur ki, bizim üçtərəfli əməkdaşlıq formatına başlamaqla bağlı Gürcüstanla birgə etdiyimiz təklif Ermənistan tərəfindən rədd edilib. Mən dostum İrakli Qaribaşvilinin səylərini yüksək qiymətləndirirəm, o, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə ev sahibliyi edib və gürcüstanlı həmkarları da görüşdə iştirak edib. Bizim təklifimiz liderlərin Gürcüstanda görüşməsindən ibarət idi. Çünki Gürcüstan hər zaman tarixən bütün qonşuların görüşdüyü yer olub, lakin Ermənistan buna hazır deyil. Bu, potensial risklərdən biridir, çünki əgər 3 Qafqaz ölkəsi enerji, nəqliyyat, təhlükəsizlik, sabitlik, sərhədlərin delimitasiyası sahəsində səylərini birləşdirsə, region daha təhlükəsiz olar.
Bunlarla yanaşı Prezident İlham Əliyev digər enerji, nəqliyyat və iqtisadi məsələlərə də aydınlıq gətirmişdir.
Azərbaycanın bütün beynəlxalq layihələrdə imzası var və dünya iqtisadiyyatına öz töhfələrini verməkdə davam edir.
Abbasova Sima Mirzağa qızı- Masallı rayonu Mahmudavar kəndi
