Azinfo » Siyasət » Daxili siyasət » Albaniya Parlamentinin sədri Azərbaycana səfərə gəlib

Albaniya Parlamentinin sədri Azərbaycana səfərə gəlib

Tarix : 15-11-2024   /   Siyasət / Daxili siyasət  

Albaniya Parlamentinin sədri Elisa Spiropali BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün noyabrın 15-də Azərbaycan Respublikasına səfərə gəlib.

Azinfo.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclisin deputatı Pərvanə Vəliyeva və digər rəsmi şəxslər qarşılayıblar.

Qeyd edək ki, COP29 çərçivəsində noyabrın 16-17-də Bakıda Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə Parlament Görüşü keçiriləcək. Görüşdə 66 ölkədən və beynəlxalq təşkilatdan 92 nümayəndə heyəti iştirak edəcək.

Şərhlər: 0

Şərh yaz