Azinfo » Siyasət » Rəsmi xəbər » Prezident İlham Əliyev: "Birləşmiş Ştatlarla bizim çox geniş və mühüm ikitərəfli gündəliyimiz var"

Prezident İlham Əliyev: "Birləşmiş Ştatlarla bizim çox geniş və mühüm ikitərəfli gündəliyimiz var"

Tarix : 04-05-2023   /   Siyasət / Rəsmi xəbər  
Birləşmiş Ştatlarla bizim çox geniş və mühüm ikitərəfli gündəliyimiz var.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Şuşada “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda keçirilən konfransda çıxışında deyib.

Enerji təhlükəsizliyi məsələlərinə gəldikdə, Birləşmiş Ştatların enerji təchizatı marşrutlarının şaxələndirilməsində bu gün pan-Avropanın qaz təchizatçısı olan Azərbaycanı hər zaman dəstəklədiyini bildirən dövlətimizin başçısı qeyd edib: “Həmin illəri yaxşı xatırlayıram, çünki 1990-cı illərdə mən SOCAR-da işləyirdim və Bakı-Tbilisi-Ceyhan boru kəmərinin həyata keçirilməsində ABŞ-ın dəstəyinin nə dərəcədə vacib olduğunu çox yaxşı bilirəm. Həmin boru kəmərinə qarşı çıxan şəxslər də az deyildi”.

Şərhlər: 0

Şərh yaz