İtaliyanın müdafiə naziri Azərbaycana gəlib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə İtaliyanın müdafiə naziri Quido Krosetto sentyabrın 24-də "ADEX" 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək məqsədilə Bakıya gəlib.
Azinfo.az xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, İtaliya nümayəndə heyətini Heydər Əliyev Beynəlxalq Aeroportunda müdafiə nazirinin müavini və Baş direktor Aqil Qurbanov, həmçinin Nazirliyin digər rəhbər şəxsləri qarşılayıblar.
Səfər çərçivəsində İtaliyanın müdafiə naziri Azərbaycanın hərbi rəsmiləri ilə bir sıra görüşlər keçirəcək. Bu görüşlərdə iki ölkə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri və digər vacib məsələlər müzakirə olunacaq.
Şərhlər: 0
Şərh yaz
