Azinfo » Siyasət » Xarici siyasət » Müqəddəs Taxt-Tacın Dövlət katibi Azərbaycana səfərə gəlib

Müqəddəs Taxt-Tacın Dövlət katibi Azərbaycana səfərə gəlib

Tarix : 11-11-2024   /   Siyasət / Xarici siyasət  

Müqəddəs Taxt-Tacın Dövlət katibi kardinal Pietro Parolin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.

Azinfo.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın elm və təhsil nazirinin müavini Həsən Həsənli və digər rəsmi şəxslər qarşılayıblar.

Şərhlər: 0

Şərh yaz