Azinfo » Xəbər » Hadisə » Beyləqanda 4 otaqlı ev yanıb

Beyləqanda 4 otaqlı ev yanıb

Tarix : 06-04-2022   /   Xəbər / Hadisə  

Beyləqanda evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Beyləqan rayonunun İmamverdili kəndində ümumi sahəsi 153 m² olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Şərhlər: 0

Şərh yaz