Azinfo » Xəbər » Hadisə » Bakıda naməlum şəxsi avtomobil vurub

Bakıda naməlum şəxsi avtomobil vurub

Tarix : 02-05-2022   /   Xəbər / Hadisə  
Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

Hadisə Heydər Əliyev prospektində baş verib.

Təxminən 30-35 yaşlı kişi piyada üçün müəyyən edilməyən hissədən yolun əks tərəfinə keçmək istəyib.
Həmin vaxt onu avtomobil vurub. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
Vurulan piyadanın kimliyi müəyyənləşdirilir.

Şərhlər: 0

Şərh yaz