İsmayıllıda ev yanıb

İsmayıllı rayonunda yanğın hadisəsi baş verib.
Azinfo.az APA-nın yerli bürosunun xəbərinə istinadən bildirir ki, martın 27-də saat 23:30 radələrində rayonun Hacıhətəmli kənd sakini, 1983-cü il təvəllüdlü Qubadov Ramil Ələddin oğluna məxsus ümumi sahəsi 100 kvadrat metr olan 4 otaqlı evdə yanğın baş verib. Hadisə yerinə FHN-nin İsmayıllı və Göyçay Dövlət Yanğından Mühafizə Hissəsindən 3 avtomobil və canlı qüvvə cəlb olunub. Hadisə zamanı ev və içəridəki əşyalar yanaraq yararsız hala düşüb.
Hadisə zamanı evdə heç kim olmayıb. Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Şərhlər: 0
Şərh yaz
