Azinfo » Xəbər » Hadisə » FHN əməliyyat görüntüləri yayıb

FHN əməliyyat görüntüləri yayıb

Tarix : 11-05-2022   /   Xəbər / Hadisə  
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən verilən xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 10 yanğına çıxış və 4 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 6-sı azyaşlı olmaqla 7 nəfər xilas olunub. Həmçinin, Bakı şəhərinin Yasamal rayonunda 1953-cü il təvəllüdlü Arjevitina Yekaterina Konstantinovnanın meyiti bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Şərhlər: 0

Şərh yaz