Azinfo » Xəbər » Hadisə » Goranboyda qəza olub, xəsarət alanlar var

Goranboyda qəza olub, xəsarət alanlar var

Tarix : 17-05-2022   /   Xəbər / Hadisə  
Goranboy rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Qazax magistralının rayonun Dəlməmmədli şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Toyota Prius"un sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı arakəsməyə çırpılıb. Qəza zamanı sürücü – 1996-cı il təvəllüdlü Hüseynli Toğrul və sərnişin 1990-cı il təvəllüdlü Musayev Nail xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Şərhlər: 0

Şərh yaz