Azinfo » Xəbər » Hadisə » Qazaxda "TIR" aşıb, Türkiyə vətəndaşı xəsarət alıb

Qazaxda "TIR" aşıb, Türkiyə vətəndaşı xəsarət alıb

Tarix : 10-04-2022   /   Xəbər / Hadisə  

Qazaxda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Qazax magistral yolunun rayonun Yuxarı Salahlı kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "TIR" markalı yük maşının sürücüsü idarəetməni itirib.
Nəticədə yük maşını yoldan çıxaraq aşıb.

Qəza zamanı sürücü 1983-cü il təvəllüdlü Türkiyə vətəndaşı Jokan Oskan xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər: 0

Şərh yaz