Göygöldə minik maşını aşıb, sərnişin ölüb
Göygöldə ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.Hadisə rayonun Topalhəsənli kəndində qeydə alınıb.
Hərəkətdə olan "VAZ 21015" markalı minik maşının sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı avtomobildə olan sərnişin 1996-cı il təvəllüdlü Elvin Verdiyev xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Sürücü 1988-ci il təvəllüdlü Cəfərov Anar müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Şərhlər: 0
Şərh yaz
