Azinfo » Xəbər » Hadisə » Özünü dənizə atan şəxs xilas edilib

Özünü dənizə atan şəxs xilas edilib

Tarix : 20-05-2022   /   Xəbər / Hadisə  
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonu, Novxanı kəndi ərazisində (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 700 m aralı, nəzarətsiz ərazidə) 1 nəfərin intihar məqsədilə özünü dənizə atması barədə məlumat daxil olub.

Bu barədə  FHN-dən bildirilib. Məlumata görə, dərhal hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasedicilərinin çevik müdaxiləsi nəticəsində vətəndaş xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Şərhlər: 0

Şərh yaz