Azinfo » Xəbər » Hadisə » Bakıda yük avtomobilinin qəzası tıxaca səbəb olub

Bakıda yük avtomobilinin qəzası tıxaca səbəb olub

Tarix : 06-06-2022   /   Xəbər / Hadisə  
Bakının Nəsimi rayonunda yük avtomobilləri qəzaya uğrayıb.

Hadisə Ziya Bünyadov prospektində tuneldə qeydə alınıb.

Sahib Şakirov yüklü “KamAz”la hərəkətdə olarkən eyni istiqamətdə hərəkətdə olan eyni markalı yük avtomobilinə çırpılıb. Qəza nəticəsində Ziya Bünyadov prospektinin metronun 20 Yanvar stansiyasından Koroğlu stansiyası istiqamətinə güclü tıxac yaranıb.

Şərhlər: 0

Şərh yaz