Qubada intihar cəhdinin qarşısı alınıb
"112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Quba rayonunun Vladimirovka kəndində 1 nəfər elektrik dirəyinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.
Şərhlər: 0
Şərh yaz
