Azinfo » Xəbər » Hadisə » Ucarda özünü yandıran 57 yaşlı əlil ölüb

Ucarda özünü yandıran 57 yaşlı əlil ölüb

Tarix : 05-09-2022   /   Xəbər / Hadisə  
Ucarda dünən özünü yandıran kişi ölüb.

Bu barədə  Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Ucar rayonunun Alpout kənd sakini, II qrup əlil, 1965-ci il təvəllüdlü Nazir Həsənov sentyabrın 4-də yaşadığı evin həyətindəki tövlədə üzərinə benzin tökərək özünü yandırması nəticəsində aldığı xəsarətlərdən sentyabrın 5-də səhər saatlarında Bakıdakı 5 saylı Şəhər Kliniki Xəstəxanasının yanıq şöbəsində ölüb.

Faktla bağlı Ucar rayon prokurorluğunda araşdırma aparılır.

Şərhlər: 0

Şərh yaz