Azinfo » Xəbər » Sosial xəbərlər » Laçın-Xankəndi yolundakı aksiya 117 gündür davam edir

Laçın-Xankəndi yolundakı aksiya 117 gündür davam edir

Tarix : 07-04-2023   /   Xəbər / Sosial xəbərlər  
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

İctimai fəallar aksiyanı gecə boyu davam etdiriblər. Etirazçılar tələblərinə müsbət cavab alınan günədək etirazlarını davam etdirəcəklərini bildiriblər.
Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb və 117 gündür davam edir.

Şərhlər: 0

Şərh yaz