Azinfo » Xəbər » Sosial xəbərlər » Laçın-Xankəndi yolundakı aksiya 122 gündür davam edir

Laçın-Xankəndi yolundakı aksiya 122 gündür davam edir

Tarix : 12-04-2023   /   Xəbər / Sosial xəbərlər  
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı bu gün də davam etdirir.

İctimai fəallar aksiyanı gecəboyu da davam etdiriblə.

Onlar günə həmişə olduğu kimi Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirməklə başlayıblar.

Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb, 122 gündür davam edir.

Şərhlər: 0

Şərh yaz