Azinfo » Xəbər » Sosial xəbərlər » Laçın-Xankəndi yolunda aksiya 123 gündür davam edir

Laçın-Xankəndi yolunda aksiya 123 gündür davam edir

Tarix : 13-04-2023   /   Xəbər / Sosial xəbərlər  
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

İctimai fəallar aksiyanı gecəboyu davam etdirib. Bu gün də günə Azərbaycan Dövlət Himnin səsləndirməklə başlayıb.

Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb, 123 gündür davam edir.

Şərhlər: 0

Şərh yaz