Azinfo » Xəbər » Sosial xəbərlər » Coğrafiya İnstitutunda struktur dəyişikliyi edilib

Coğrafiya İnstitutunda struktur dəyişikliyi edilib

Tarix : 04-04-2022   /   Xəbər / Sosial xəbərlər  

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurasının iclası keçirilib.

İnstitutdan  verilən xəbərə görə, İnstitutun strukturunda bəzi dəyişikliklər edilib. Coğrafiya elmləri doktoru Rza Mahmudov İnstitutun Elmi şurasının sədr müavini seçilib,

Eyni zamanda, Xəzər dənizi bölməsindəki dəyişikliklərə baxılaraq 2 şöbə halında saxlanılması qərara alınıb. Tədbirdə həmçinin işə davamiyyət, doktorant və dissertantların attestasiyası, 2022-ci ildə keçiriləcək konfranslara hazırlıq və s. kimi məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul edilib.

Şərhlər: 0

Şərh yaz