Azinfo » Xəbər » Sosial xəbərlər » Fəzail İbrahimlini Masallı rayonunun Xırmandalı kəndində seçicilər alqışlarla qarşılayıblar

Fəzail İbrahimlini Masallı rayonunun Xırmandalı kəndində seçicilər alqışlarla qarşılayıblar

Tarix : 21-08-2024   /   Xəbər / Sosial xəbərlər  


21.08.2024-cü il tarixində 73 saylı Masallı-Cəlilabad seçki dairəsindən deputatlığa namizəd, VHP sədrinin birinci müavini Fəzail İbrahimlinin Xırmandalı kəndində seçicilərlə görüşü keçirilib. 

Xırmandalı kəndində Fəzail İbrahimlini seçicilər alqışlarla qarşılayıblar. Bütün kəndlərdə olduğu kimi Xırmandalı kəndində də Fəzail İbrahimliyə seçicilər böyük hörmət və ehtiram nümayiş etdiriblər.

Görüşdə ilk öncə torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Daha sonra  Fəzail İbrahimli çıxış edərək , seçki platforması haqqında məlumat verib. Ötən dövr ərzində Milli Məclisin fəaliyyətində və Azərbaycan dövlətinin qazandığı nailiyyətlərdən söz açan Fəzail İbrahimli deputat seçildiyi təqdirdə bundan sonra da ölkənin maraqlarını qoruyacağına və hər bir seçicinin yanında olacağını ifadə edib. 

Çıxış edən  şəhid ataları- Hafiz Qurbanov, Şükran Əbilov, ziyalılar və ictimaiyyət nümayəndələri Həsənov Valeh, Gözəlov Qulu, Abbasov Kamil, Əhmədov Niftulla, Cəfərov Asif, Abbasov Mürvət sentyabrın 1-də yekdilliklə layiqli namizəd Fəzail İbrahimliyə səs verəcəklərini bildirdilər. 

Seçicilər çıxışı zamanı Milli Məclisdə ölkənin nüfuzlu şəxslərini, ziyalıları və elm adamlarını görmək istəyini xüsusi vurğulayıblar. Azərbaycanın dünyada tanınmasında, millətimizin layiqli təmsil olunmasında Fəzail İbrahimli kimi ziyalıların rolu böyükdür. Məhz bu səbəbdən Xırmandalı seçiciləri Fəzail İbrahimliyə səs verəcəklərinə qərar veriblər.












Ramiq Cəbiyev
Azinfo.az. redaktor

Şərhlər: 0

Şərh yaz